“NPK “FARMASOFT” MMC səhiyyə sahəsində etibarlı tərəfdaşdır. Bizim əsas missiyamız – səhiyyənin yaxşılaşdırılmasına kömək etməkdir.
Bu məqsədə nail olmağın yollarından biri məhsullarımızın təhlükəsizliyinin monitorinqinin keçirilməsidir. Təhlükəsizlik barədə informasiyanın yığılması şirkətə preparat haqqında daha dolğun və etibarlı məlumatları almaq və pasiyent (xəstə) və həkimlərə təqdim etmək imkanını verir, bu da öz növbəsində xəstələrin müalicəsinə daha yaxşı nəzarət etmələri üçün həkimlərə kömək edir. Qanunvericiliyin etik prinsiplərinə və tələblərinə əməl etməklə, biz təhlükəsizlik üzrə informasiyanın yığılmasını həyata keçiririk, onu emal edirik, qiymətləndiririk və bu barədə tənzimləyici orqanları və həkimləri məlumatlandırırıq.
Əgər Sizə “NPK “FARMASOFT” MMC-nin dərman preparatlarının tətbiq olunması prosesində yaranmış arzu olunmayan hallar məluma olarsa və/və ya onların effektivliyi və keyfiyyətinə iradlar mövcud olarsa, zəhmət olmasa, aşağıdakı əlaqə vasitələri ilə bildirin:
- ünvan: 109544, Moskva ş., Entuziastlar bulvarı, ev 2
- elektron poçt: pv@pharmasoft.ru
- və ya telefon: +7 (495) 626-47-55
Bizim üçün bu informasiya çox əhəmiyyətlidir! Sizin köməyinizlə biz şirkətin preparatlarının təhlükəsizliyini və effektivliyini artıra və pasiyentlərin hüquqlarını, əmin-amanlığını və təhlükəsizliyini müdafiə edə bilirik.